Balakəndə yüksək hərarəti olan uşaq dünyasını dəyişib

  • SpaceTV
  • 14 Yanvar 2020 17:32

Balakən şəhər sakini, 10 yaşlı Turan Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.Xəstəxanada Turan Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra Turanın ürək döyüntüləri artmağa başlayıb və vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib.10 yaşlı Turan Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq 10 yaşlı məktəbli Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb. Qeyd edək ki, Turan Mahatov 3-cü sinif şagirdi olub.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun