Balakəndə yas mərasimi keçirənlər cərimələndi

  • Space TV
  • 5 Mart 2021 17:12

Balakən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Bu barədə Spacetv.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Paylaş

 Xəbəriniz olsun