Günorta saatlarında Balakən şəhəri 28 may küçəsində yerləşən Kərpic İstehsalı Müəssisəsində sürücü vəzifəsində çalışan 29 yaşlı Murtuz Muradov idarə etdiyi avtokarla müəsisənin həyətində,elə həmin müəsisədə sürücü vəzifəsində çalışan iş yoldaşı 73 yaşlı Mahamalar kənd sakini Əhməd Malaxovu ehtiyatsızlıqdan vurub. Əhməd Malaxov aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 162.2-ci maddəsi ilə cinayət işi açılıb, rayon prokurorluğunda araşdırma aparılır.
İlkin Piranov SPACE TV