Balakəndə silahlı inisident

  • Space TV
  • 20 Dekabr 2019 11:34

Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələyib.Atəş nəticəsində bir-neçə nəfər də xəsarət alıb.Axşam saatlarında rayonun Yeni Şərif kənd sakini, 61 yaşlı Məhəmməd Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu 34 yaşlı Əhmədov Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədovla bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Əhməd Bağmanovun vəziyyəti ağır olduğundan,dərhal əməliyyat edilib,və müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Digər yaralılardan 51 yaşlı Bicilova Həvva və 39 yaşlı Məryəm Rəcəbova stasionar müalicəyə cəlb edilib, vəziyyətləri kafidir.
1 yaş 5 aylıq Xədicət Bağmanovanın isə vəziyyəti qənaətbəxş olduğundan, xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin ehtimala görə hadisə ailə münaqişəsi zəminində baş verib.Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun