Balakəndə Şeyx ləqəbli narkabaron saxlanılıb.

  • Space TV
  • 17 İyun 2020 13:55

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və saxlamasında şübhəli bilinən, bu əməllərinə baxmayaraq uzun illər istintaqdan yayınmağa müvəffəq olmuş “Şeyx” ləqəbli narkabaron  Şahin Şeyxov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan 1391 ədəd çətənə bitkisi və qurutmaq üçün sərdiyi 1,5 kq qurudulmamış marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı Ş.Şeyxovun həmin narkotik vasitəni əvvəllər CM-nin 228-ci maddəsi ilə məhkumluq həyatı yaşamış Xalid Novruzovla birlikdə əkib-becərdiyi məlum olub. X.Novruzov da  şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana, evinə keçirilən baxış zamanı isə təxminən 1 kq narkotik vasitə olan qurudulmuş marixuana, elektron tərəzi, bir ədəd durbin və növbəti əkinə hazırlıq üçün nəzərdə tutulmuş digər vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən RPŞ-də müvafiq maddələrlə araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun