Balakəndə salınan gilas bağları yüksək məhsuldarlığı və görünüşü ilə göz oxşayır.

  • Space TV
  • 17 İyun 2020 14:17

Boyları yerli sortlardan fərqli olaraq çox balaca olan gilas tingləri aqrotexniki qaydalara əməl olunmaqla  artıq ölkəmizdə də yetişdirilir. Bir-neçə ildən sonra isə artıq bu meyvə bağlarından yüksək məhsuldarlıq əldə edilir. Gilas bağları sanki adama gəl-gəl deyir. Fransa, Kanada, İtaliya və digər ölkələrdən gətirilən bu tinglər əkildikdən iki il sonra bar vermək qabiliyyətinə malik olur. Yetişən gilasların isə keyfiyyətinə söz ola bilməz.

Tez, orta və gec yetişən olmaqla üç sorta ayrılan gilas yığımının artıq ilkin mərhələsi tamamlanıb. Əvvəlki illərlə müqayisədə isə bu il yazın əvvəlində havaların qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib. Ancaq bu hal məhsulun satışına bir o qədər də təsir göstərməyib.

İntensiz bağçılıq təsərrüfatının15 hektarını meyvə bağı, 2 hektarını tinglik sahəsi təşkil edir. Meyvə bağında gilasla yanaşı, alma, armud, şaftalı və digər meyvələr də yetişdirilir. İstehsal olunan meyvə satış üçün Rusiya və Gürcüstana, eyni zamanda, daxili bazarlara göndərilir.Qeyd edək ki, Balakəndə yerləşən İntensiv Bağçılıq Təsərrüfatı Şimal-Qərb bölgəsində ilk və yeganə bağdır

 İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun