Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib – FOTO

  • SpaceTV
  • 10 Avqust 2020 16:57

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yoluxucu virusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətin aparılmasının düzgün olmadığı onlara izah edilib.

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Paylaş

 Xəbəriniz olsun