Balakəndə narkotik yetişdirən rayon sakini saxlanılıb

  • SpaceTV
  • 25 May 2020 17:56

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini 51 yaşlı Rasim Bodurov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi  çətənə bitkiləri aşkar edilib. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun