Balakəndə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul şəxslər saxlanılıb.

  • Space TV
  • 8 Fevral 2020 11:40

Balakən Rayon Polis Şöbəsinə  daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb.
Anar Qarayevin yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada  psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. Anar Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Balakən rayon Polis Şöbəsinə gətiriliblər. Natiq Cəfərov və Fuad Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.

Keçirilmiş daha bir əməliyyat-axtarış zamanı isə rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada ümumi çəkisi 375 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun