Balakəndə narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan üç nəfər rayon sakini saxlanılıb

  • SpaceTV
  • 24 Fevral 2020 15:52

Balakənm rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil veriməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Mahmalar kənd sakini, 24 yaşlı  Kənan Misirov şübhəli şəxs qismində saxlanılıb. Kənan Misirovun üzərinə baxış zamanı 0,49 qaram qrudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Kənan Misirov narkotik vasitəni həmkəndlisi Həsrət Ramazan oğlu Xalayevdən aldığı bildirib. Saxlanılan Həsrət Xalayevdən bir ədəd kağız bükülüdə çəkisi 6,61 qaram qrudulmuş maruxuana götürülüb. Həsrət Xalayev istintaqa verdiyi ifadəsində narkotik vasitəni rayonun Gərəkli kənd sakini Mahirbəy Rəcəb oğlu Abbasovdan aldığı bildirib.

Mahirbəy Abbasovun yaşadığı evə baxış keçirilib. Axtarış zamanı evdən bir ədəd salafon torbada təmiz çəkisi 139,59 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilmiş tədbir zamanı hər üç şəxs saxlanılıb. Faktla bağlı Balakən RPŞ-də CM-nin 234.1 və 234.2 maddələri ilə cinayət işi başlayıb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun