Balakəndə külli miqdarda narkotik vasitə aşkar edilib və dövriyyədən çıxarılıb.

  • Space TV
  • 24 İyun 2020 15:12

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin  ərazisindən  axan çay kənarındakı kolların arasında C. Dibirovun gizlətdiyi 1 ədəd sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun