Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dirrikdə, digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 37 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Piranov SPACE TV