Balakəndə 75 yaşlı kişini avtomobil vurub

  • SpaceTV
  • 18 May 2020 15:26

 Balakən rayonu Qullar kəndi ərazisində rayonun Mazımçay kənd sakini Məhəmməd​ İbrahimov idarə etdiyi​ minik avtomobili ilə Balakən şəhəri istiqəmətində hərəkətdə olarkən​ yolu keçmək istəyən piyada, Balakən rayonu Qullar kənd sakini 75 yaşlı Cavadxan Şəkiliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C. Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Cavadxan Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən həyatını dəyişib. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun