Balakən və Zaqatalada heyvanlar arasında təhlükəli xəstəliklərə qarşı tədbirlərə başlanıldı.

  • SpaceTV
  • 28 Yanvar 2020 13:00

Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin yayılma ehtimalı var. Odur k, bütün baytarlar əraziyə təhkim olunub.

Həmçinin bu il iri və xırdabuynuzlu heyvanlardan bruselyozun müayinəsi üçün qan nümunələrinin alınması, eləcə də iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur. Bununla yanaşı itlərdə quduzluq əleyhinə peyvəndləmə tədbiri də həyata keçirilir.

Heyvanlara peyvəndlər vurulduqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür.

İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun