Balakən və Zaqatalada dağıdıcı çaylar nəzarətdə saxlanılır.

  • SpaceTV
  • 20 May 2020 18:05

Şimal-qərb bölgəsində bolsululuğu ilə seçilən çaylar çoxdur. Balakən rayonunun ərazisindən axan Mazımçay da belə çaylardan hesab olunur. Bu çay daima yaz və payız aylarında öz məcrasından çıxaraq təhlükə yaradır. Son dəfə də dağıdıcı Mazımçay magistral yolu hədəfə alıb. Vaxtında aparılan qabaqlayıcı tədbirlər fəsadların yaranmasına imkan verməyib.

Təhlükəsizlik tədbirləri ilə yanaşı dövlət proqramına uyğun yeni suvarma sistemləri də qurulur. Balakən rayonunun Mahamalar kəndi ərazisində su arxları beton kanallara alınır. Görülən işlər isə ən çox əkinçiliklə məşğul olan sakinləri sevindirir.

Yayın gəlişi ilə əlaqədar Zaqatala rayonunun yaşayış məntəqələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə rayon ərazisindən axan Tala, Muxax, Katex və digər dağ çaylarında mühafizə tədbirləri davam etdirilir. Ümümilikdə Zaqatalada 12 iri və xırda dağ çayı axır. Hazırda Muxax çayının sahilində bənd qurma işləri davam edir. Bundan əlavə, il ərzində çaylarda sahilqoruyucu bəndlərin təmiri də nəzərdə tutulur.

Eyni zamanda, çay yatağının qum-çınqıldan təmizlənməsi işi həyata keçirilir. Mövsümlə əlaqədar, baş verə biləcək sel təhlükəsinin qarşısını almaq məqsədi ilə rayon ərazisindən axan dağ çaylarının ən təhlükəli hissələrinə digər texnikalar da ayrılıb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun