Zaqatala stansiyasından 24 kilometr qərbdə – Balakən rayonu ərazisində 3 maqnituda gücündə zəlzələ baş verib.
SPACE.TV Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:58-də qeydə alınıb.
Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.