Balakən karantin rejminə xüsusi nəzarət

  • SpaceTV
  • 6 Aprel 2020 13:20

 Mobil qrupun üzvləri şəhərin küçə və prospektlərində əhali ilə söhbət apararaq, rayonun ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmasının vacibliyini onların diqqətinə çatdırıb. Apardığımız müşahidələr zamanı insanların xüsusi karantin rejimi qaydalarına bir o qədər də əməl etmədiyinin şahidi olduq.

Əksər sakinlər isə görülən tədbirlərin onların sağlamlığı üçün vacib olduğunu vurğuladı.

Görülən tədbirlərlə yanaşı Balakən rayonunda fəaliyyət göstərən özəl sahibkarlıq müəssisəsi olan koronavirus infeksiyasının əhali arasında yayılmasının qarşısının alınması məqsədilə sosial layihə həyata keçirib.

Aksiya çərçivəsində müəssisə tərəfindən Balakən Kommunal Müəssisələri Kombinatı, Mənzil İstismar Müəssisəsi və Yaşıllıq Təsərrüfatı Sahəsi MMC-lərdə çalışan 250 işçiyə tibbi spirt, qoruyucu maska, əlcək, yod, sabun, pambıq və digər gigiyenik vasitələr paylanılıb.

Qeyd edək ki, hazırda ölkədə xüsusi karantin rejimi tətbiq olunur və insanların bu rejimə əməl etmələri tələb olunur.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun