Balaca pəhləvan

  • SpaceTV
  • 28 Noyabr 2019 13:45

Bu kadrlar düz beş il bundan öncə elə atası tərəfindən çəkilib. O vaxt onun 5 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, qışın şaxtası-qarı onu qorxutmayıb. Əksinə daha da dözümlü, cəsarətli edib. Onda özünə, öz gücünə inam yaradıb. İllər ötdükcə atasının nəzarəti altında idmanın müxtəlif növü ilə məşğul olub. Söhbət Salyanın Xıdırlı kəndində yaşayan Onur Bələdovdan gedir.

Onur futbol oynamağı da xoşlayır. İşin ağırlığından, çətinliyindən belə qorxmur. İndi onun 10 yaşı olmasına baxmayaraq 20 kiloqarmlıq mişar daşlarını çox asanlıqla götürür, istənilən məsafəyə apara bilir.

Suvar kişi oğlundakı bu qeyri-adi gücü, bacarığı hələ Onurun 3 yaşı olarkən hiss etdiyini deyir.

Çəkisi 25 kiloqram olan balaca Onurun özündən qat-qat ağır, 2 tonluq avtomobili dişi, saçı ilə dartması görənləri şoka salıb. Balaca pəhləvanın bu qeyri-adi bacarığına, gücünə heyran qalmamaq mümkün deyil. Onur el sənətini yaşatmaqla gələcəkdə ağır tonnajli yük maşını, təyyarə, qatar dartmaq niyyətindədir. Ən böyük arzusu isə Ginnesin rekordlar kitabına düşməkdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun