Bal yarmarkası başlayır

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:25

Piştaxtalar düzülüb,   yerlər   nömrələnib,   bidonlar yığılıb. Hər bir bölgənin adı  stenddə sıra boyunca    qeyd olunub. Görüntülər    paytaxtın   Nərimanov rayonu  Gənclik metrosu yaxınlığı, Tofiq Bəhramov adına stadionun qarşısında  keçrilməsi  planlaşdırılan bal yarmarkasındandır.

Bu il keçriləcək  satış yarmarka ötən ilkilərdən xeyli fərqlənir. Bu fərq isə təkcə məkanın daha müasir və  nizamlı dizaynı ilə deyil, həm də arıçılar  üçün qoyulan  bəzi tələblərdi.

Yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib.

Xatırladaq ki, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. 

Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Belə ki,   yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı çıxara bilər.

Onu da deyək ki, yaramarka sabah saat 10 -da başlaycaq  və oktaybrın 18 -nə qədər davam edəcək

Bəturə Nəbiyeva Space

Paylaş

 Xəbəriniz olsun