Arıçıların gözlədyi xəbər gəldi . Pyaxtda növbəti bal sərgisinin açılacağı tarix məlum oldu. Sentyarbrın 28 dən start götürəcək satış yarmarkada iştirak etmək istəyən Bal istehsalçıları öncədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək.
Aqrar tədarük və təhcizat ASC – nin idarə heyətinin sədri Leyla Məmmədova satış sərginin yenə də ötən ilki məkanda, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında, Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi keçiriləcəyini , satışa çıxarılacaq balların keyfiyyətinə isə Qida Təhlükəsizlilyi Agentliyinin nəzarət edəcəyini bildirib.
Satışa məhsul çıxarmaq arzusunda olan arıçılar üçün bəzi tələblər də var. Belə ki, Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı çıxara bilər. Onu da deyək ki, yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.
Bəturə Nəbiyeva Space