Bal emalı müəssisəsi açılıb

  • SpaceTV
  • 4 Dekabr 2019 15:20

Bununla əlaqədar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilmiş tədbirdə bildirilib ki,bu sahədə həyata keçirilən layihələr, o cümlədən SEDA layihəsi çərçivəsində istifadəyə verilmiş yem, bal emalı, meyvəqurutma və inkubator müəssisələri kimi layihələrbar bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verir. O da qeyd olunub ki,Ləkit kəndində bal emalı müəssisəsinin fəaliyyətə başlaması satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, eləcə də arıçılığın inkişafında əhəmiyyətli olacaq.

Ümumilikdə müəssisədən Ləkit kəndində yaşayan 450 ailə və ətraf kəndlərin sakinləri yararlanacaq. Müəssisə ilkin olaraq gün ərzində bir ton bal qablaşdırma gücü ilə işləyəcək.Gələcəkdə isə müəssisənin gücü artırılacaq.

Qeyd edək ki, Ləkit kəndində istifadəyə verilmiş bal emalı müəssisəsi balın qablaşdırılması avadanlıqlarından və bal saxlama çənindən ibarətdir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun