Bal arısı

  • SpaceTV
  • 12 Sentyabr 2019 13:40

Salyan rayonunun Boranıkənd kənd sakini Özcan Əhmədli 3 ildir ki, araıçılıq təsərrüfatı ilə məşğul olur. Aran zonasında arı saxlamağın çətin olduğunu bilən gənc təsərrüfatçı bu sahəni inkişaf etdirməyə, daha çox məhsul istehsal edib gəlir götürməyi qarşıya məqsəd qoymuşdu. Elə istəyinə də nail olub. Bir arı ailəsi ilə işə başlayan Özcan Əhmədli dövlətin qayğısından yararlanaraq arı ailələrinin sayını 80-ə çatdırıb.

Özcan Əhmədlinin dediyinə görə, bu il məhsuldarlıq yaxşı olub. Bu il hər qutudan 30-35 kiloqram bal götürmək mümkün olub. Satışında da elə bir problem yoxdur. Yaşadığı kəndin sakinləri, eləcə də qonşu rayonlardan bal almaq üçün daha çox ona üz tuturlar.

Bal alanlar həm qiymətindən, həm də balın keyfiyyətli olmasından razılıq edirlər.

Gənc təsərrüfatçının ən böyük arzusu gələcəkdə istehsal etdiyi məhsulu satış yarmarkalarına çıxarmaqdır.

Təyyar Nəsirli – Vüqar Qaliboğlu – Space – Salyan

Paylaş

 Xəbəriniz olsun