Bakıya “Real”, “Sevilya”, “Latsio”nun futbolçuları gələcək

  • Space TV
  • 5 Mart 2021 17:29

Futbol üzrə Serbiya milli komandasının heyəti açıqlanıb.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkan təmsilçisi martda keçiriləcək oyunlar üçün 30 futbolçuya dəvət göndərib. Heyət aşağıdakı kimidir:

Qapıçılar: Predraq Raykoviç (“Reyms”, Fransa), Marko Dmitroviç (“Eybar”, İspaniya), Corce Nikoliç (“Bazel”, İsveçrə);

Müdafiəçilər: Stefan Mitroviç (“Strasbur”, Fransa), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Uroş Spayiç (“Feyenoord”, Niderland), Miloş Velkoviç (“Verder”, Almaniya), Straxinya Pavloviç (“Serkl Brüqe”, Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç (“Srvena Zvezda”), Filip Mladenoviç (“Leqiya”, Polşa);

Yarımmüdafiəçilər: Mixailo Ristiç (“Monpelye”, Fransa), Saşa Lukiç (“Torino”, İtaliya), Uroş Raçiç (“Valensiya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Radonyiç (“Herta”, Almaniya), Duşan Tadiç (“Ayaks”, Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Filip Curiçiç (“Sassuolo”, İtaliya), Darko Lazoviç (“Verona”, İtaliya), Marko Qruyiç (“Portu”, Portuqaliya), İvan İliç (“Verona”, İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç (“Ayntraxt”, Almaniya);

Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Ayntraxt”, Almaniya (“Real”, icarə)), Duşan Vlaxoviç (“Fiorentina), Corce Despotoviç (“Rubin”, Rusiya).

Qeyd edək ki, Serbiya yığması martın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək. Serblər martın 30-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq. Bu matç saat 20:00-da başlayacaq.

Paylaş

 Xəbəriniz olsun