Bakıya daha 300 müasir avtobus gətiriləcək

  • SpaceTV
  • 2 Oktyabr 2019 11:06

“Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür. Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə də gətirilib”

SPACE TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən sakinlərlə görüşündə deyib.

Ölkə başçısı bildirib ki, gələn il də azı 300 müasir avtobus gətiriləcək.

“Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir”.

Paylaş

 Xəbəriniz olsun