Bakıya 100 yeni elektrik taksisi gətiriləcək

  • Space TV
  • 29 Yanvar 2020 12:46

Bu ilin ilk 3 ayı ərzində Bakıya 100 ədəd elektriklə işləyən taksilər gətiriləcək.

SPACE TV  xəbər verir ki,bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, gətiriləcək avtomobillər hibrid deyil: “Yeni avtomobillər hibrid deyil, elektromobil taksilərdir. Hal hazırda ölkəyə nümunə üçün bir ədəd avtomobil gətirilib.

Elektromobil taksilərlə yanaşı, köhnə avtomobillər, yəni TX4 markalı taksilər də fəaliyyətlərinə davam edəcəklər.

Elektromobil taksilər TX5 markalı avtomobillərdir. Yeni taksilərin köhnə (TX4) markalı taksilərdən fərqli cəhətləri var. TX5 markalı yeni taksilərin rahatlığı tam təmin etmək üçün altı nəfərlik geniş salonu var. Bu taksilərdə Android sistemi, Brayl əlifbası, taksometrlər, post terminal cihazları quraşdırılıb, sensor sistemlərlə təchiz olunub”.

Paylaş

 Xəbəriniz olsun