Bakının yollarından birində hərəkət məhdudlaşdırılır

  • Space TV
  • 22 Yanvar 2021 14:20

Bu gecədən Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Spacetv.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

“Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir”, – deyə məlumatda qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun