Sabunçuda qonşular arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə zamanı 39 yaşlı Ədalət Muxtarov və 34 yaşlı Zəki Bağırov bıçaqlanıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ədalət Muxtarova qarının ön divarının, Zəki Bağırova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisənin hansı səbəbdən baş verməsi Sabunçu Rayon Polis İdarəsində araşdırılır.