Bakının mərkəzində qorxulu anlar: Bıçaqlı şəxslər insanlara hücum etdi

  • SpaceTV
  • 13 Dekabr 2019 11:15

Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.

SPACE TV  xəbər verir ki, hadisə Nizami küçəsində baş verib.

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Paylaş

 Xəbəriniz olsun