Bakının mərkəzində “Mercedes-Maybach” dəhşətli qəza törətdi

  • Space TV
  • 28 Oktyabr 2019 11:26

Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli “Mercedes-Maybach” markalı avtomobil qəza törədib.

SPACE TV bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb, sonra piyadanı vurub, sonda isə yaşayış evinə çırpılıb.

Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb; “Mercedes”in arxadan vurduğu “Opel” markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Mercedes-Maybach”in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.

Paylaş

 Xəbəriniz olsun