Bakının mərkəzində ikimərtəbəli bina uçdu

  • Space TV
  • 25 Noyabr 2019 15:40

Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.

SPACE TV xəbər verir ki, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub.

Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.

Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb.

Paylaş

 Xəbəriniz olsun