Bakının mərkəzində daha bir küçə əsaslı şəkildə təmir olunur – FOTO

  • Space TV
  • 11 Fevral 2021 11:37

Nizami rayonu Şirin Mirzəyev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir edilir.

Agentlikdən bildirilib ki, Şirin Mirzəyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.

Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.

Bununla yanaşı, küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, köhnə səki daşları yenisi ilə əvəz edilir.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Paylaş

 Xəbəriniz olsun