Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq

  • SpaceTV
  • 25 Sentyabr 2020 16:29

Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

Spacetv.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Paylaş

 Xəbəriniz olsun