Bakının bu ərazisində metro olacaq – Hazırlıq başlandı

  • Space TV
  • 22 Yanvar 2020 14:48

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

SPACE TV xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il “Bənövşəyi” xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

“B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır”.

Paylaş

 Xəbəriniz olsun