Bakının bəzi küçə və prospektlərində su olmayacaq

  • Space TV
  • 7 Oktyabr 2020 16:07

Bu gün paytaxtın Xətai rayonunda su olmayacaq.

Spacetv.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. 

Bildirilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Paylaş

 Xəbəriniz olsun