Bakının bəzi ərazilərində su olmayacaq

  • Space TV
  • 3 Sentyabr 2020 15:14

Binəqədi rayonunda su olmayacaq.

Spacetv.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumatda qeyd olunub ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-cü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Paylaş

 Xəbəriniz olsun