Bakının avtomagistrallarında sürət həddi endirildi

  • Space TV
  • 2 Mart 2020 11:38

Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti – Hava limanı və Zığ yolu – Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

SPACE TV  xəbər verir ki, bu barədə məlumat Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.

Paylaş

 Xəbəriniz olsun