Bakını İrəvandan üstün tutan erməni – VİDEO

  • SpaceTV
  • 19 Oktyabr 2020 15:53

Bakıda yaşayan daha bir erməni ailə Space-ə danışdı. 84 yaşlı erməni əsilli Raya  Avakovna 1988-ci ildə Azərbaycanı tərk etmədiyi   üçün  qohumları ondan imtina edib. Space TV xəbər verir ki, Raya  Avakovna  bir az rus, bir az Qarabağ ləhcəsində ermənicə, Azərbaycan dilində  isə təmiz danışır

84 yaşlı Raya  Avakovna  Məmmədova Bakıda yaşayan 30 minə yaxın  ermənidən biridir. Xankəndində doğulan erməni əsilli bu qadın 18 yaşında Dağlıq Qarabağdan Bakıya köçərək burada ailə həyatı qurub.1988-ci ildə Azərbaycan və  ermənistan arasında yaşanan münaqişə zamanı əksər qohumları Bakıdan Ermənistana və Xankəndiyə qayıtsa da o Bakıda qalmağa üstünlük verib.

Paylaş

 Xəbəriniz olsun