Bakını bürüyən üfunət – VİDEO

  • SpaceTV
  • 10 İyul 2020 10:45

Ərazidə olduğumuz zaman gölün üzündə yaşıl təbəqə olduğunu müşahidə etdik. Tullantılar və çirkabı aydın şəkildə görmək mümkündürr. Kəskin üfunətin səbəbi də məhz bu çirkabdır.

Böyük Şor gölündən yayılmağa başlayan kəskin üfunət ən çox Binəqədi və Nərimanov rayonlarında hiss edilib. Bundan sonra Ekalogiya və Təbii Sərvətlər  Nazirliyinin müvafiq qurumları tərəfindən həm gölün suyundan, həm də atmosferdən nümunələr götürülərək bioloji və kimyəvi analiz üçün  aparılıb. İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, quruma məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.  Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə qoxunun nədən yarandığına aydınlıq gətiriləcək.

Ekalogiya və Təbii Sərvətlər  Nazirliyindən bildirildi ki, Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələr qarışdığı sübut olunarsa, və bunun bu qoxunun yayılmağında rolu təstiqlənərsə müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq.

Radiyasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri İslam Mustafayev Hər günə açıqlamasında bildirdiki  həmin əraziyə uzun illərdir ki tullantılar axıdılır. Bunun nəticəsində isə Böyükşor gölünün ərazisi son əsrdə təxminən 3 dəfə genişlənib. Bu isə  o deməkdirki, gölün yarısından çoxu tullantı sualrıdır.

Mütəxəssis bildirir ki bir neçə il bundan əvvəl həmin göldə qurudulma işləri aparıldı. Lakin bu prosseslər gölün suyu təmizləndikdən sonra aparılsaydı daha effektiv olardı. Çünki…

İqtisadçılar bildirir ki, Böyük Şor gölündə yaranan ekoloji problem  iqtisadiyyatımızın dayanıqlı inkişafına ciddi şəkildə mənfi təsir göstərə bilər.

Böyük Şor gölündə yaranan ekoloji problem  təkcə iqtisadiyyatımıza yox, ondan da vacib olan sağlamlığımıza ziyan vurur. Ümid edirik ki elə buna görə yaranan problemin yaxın zamanda səbəbi və həlli tapılar.

ORXAN ŞÜKÜR SPACE TV  

Paylaş

 Xəbəriniz olsun