Bakıdan Kiyevə çarter reysləri açılır

  • Space TV
  • 3 Dekabr 2020 16:19

“Ukraynanın Beynəlxalq Hava Yolları” Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək.

Bu barədə Spacetv.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək. Uçuşlar dekabrın 14-dən 28-dək  həftədə bir dəfə, bazar ertəsi həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub. 

Paylaş

 Xəbəriniz olsun