Bakıdan gedən daha bir şəxsdə koronavirus aşkarlandı – SON DƏQİQƏ

  • Space TV
  • 28 Fevral 2020 14:04

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb.

SPACE TV xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb. Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

Paylaş

 Xəbəriniz olsun