Bakıdan Ankaraya gedən təyyarə təcili eniş etdi

  • SpaceTV
  • 21 Fevral 2020 14:14

Bakıdan Alanyaya uçan təyyarə Ankarada məcburi eniş edib.

SPACE TV  bildirir ki, bununla bağlı “Buta Airways” məlumat yayıb:

“Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti olduğu üçün “Buta Airways”in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı saatı ilə 11:08-də Ankaraya eniş edib”.

Məlumata əlavə edilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

Paylaş

 Xəbəriniz olsun