Bakıdakı sıxlığın həll yolları varmı?

  • Space TV
  • 25 Fevral 2021 17:18

Əgər Bakının əhalisinin sayı rəsmi rəqəmlərdə 2 milyon göstərilirsə, qeyri-rəsmi məlumata görə, hazırda paytaxtda 3 milyona yaxın əhali yaşayır.Durmadan artan avtomobil sayı,bütün iş yerlərinin Bakıda olması və son 10 ildə  regionlardan buraya işləməyə gələn insanların sayının artması paytatxda bütün sahələr üzrə böyük sıxlıqları qaçılmaz edib.

Memarlar İttifaqını sədri Elbay Qasımzadə deyir ki, Bakının həm mədəni, həm iqtisadi, eləcə də siyasi statusu yüksək olduğu üçün bütün dünya ölkələrində olduğu kimi ölkəmizdə də regionlardan paytaxtda hər zaman insan axını normadan artıq olub. Bakıdakı sıxlıqların aradan qaldırılması üçün  gələcəkdə işğaldan azad olunmuş bölgələrə qayıdış zamanı, məskunlaşma sisteminə düzgün nəzarət edilməlidir və buna uyğun olaraq regionlarda iqtisadi dirçəliş konsepsiyasi işlənilməlidir.

Ölkənin baş memarı paytaxtın  mərkəzindəki sıxlığın aradan qaldırılması üçün Bakının mərkəz rayonun yaradılması istiqamətində işlərin aparıldığını da diqqətə çatdırdı.

Daha ətraflı əməkdaşımızın süjetində:

Paylaş

 Xəbəriniz olsun