Bakıdakı pravoslav kilsəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərqərar olması üçün ibadət keçirilib

  • SpaceTV
  • 8 Oktyabr 2020 14:57

Bu gün səhər Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib. 

Spacetv.az-ın xəbərinə görə, ibadət zamanı “Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!” fikirləri səslənib. 

İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.

Paylaş

 Xəbəriniz olsun