Bakıdakı dumanın səbəbləri açıqlandı

  • SpaceTV
  • 26 Fevral 2020 12:06

Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb.

SPACE TV bildirir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir.

O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.

Paylaş

 Xəbəriniz olsun