Bakıda zəncirvari qəza tıxaca səbəb olub

  • Space TV
  • 10 Mart 2020 10:17

Bakıda zəncirvari qəza baş verib.

SPACE TV  xəbər verir ki, hadisə Moskva prospektindən üzü şəhər istiqamətində qeydə alınıb. Qəzaya səbəb isə ara məsafəsinin saxlanılmaması deyilir.

Belə ki, adıçəkilən yolda hərəkətdə olan “Mercedes C class” markalı avtomobil qarşısında eyni model maşının “ML” markası ilə toqquşub, həmin avtomobil isə, ondan öndə olan digər minik vasitəsinə dəyib.

Hadisə səbəbindən Moskva prospektindən üzü şəhər istiqamətində tıxac yaranıb.

Paylaş

 Xəbəriniz olsun