Bakıda yollar buz bağladı: Zəncirvari qəzalar baş verdi – FOTO

  • Space TV
  • 22 Yanvar 2021 10:16

Zığ – Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Bildirib ki, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq, sürət həddi 60 km/saata qədər endirilib.

“Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq, bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik”.

Paylaş

 Xəbəriniz olsun