Bakıda yol dairəsi ləğv edildi – FOTO

  • Space TV
  • 21 Avqust 2020 11:54

Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib. 

Bakı Nəqliyyat Agentliyindən Spacetv.az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib:

“Layihəyə əsasən, kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə tənzimləndirilib, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib və ərazidə müvafiq yol nişanları quraşdırılıb”.

Paylaş

 Xəbəriniz olsun