Bakıda yataqxana binasında yanğın – FOTO

  • Space TV
  • 28 Avqust 2020 11:17

Bakının Yasamal rayonunda – Şərifzadə küçəsində yanğın baş verib.

Spacetv.az-ın əldə etdiyi məlumata görə, hadisə məcburi köçkünlərin yaşadığı yataqxana binasında qeydə alınıb.

Bildirilib ki, yanğında bir nəfər başından xəsarət alıb. Əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva  açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, yanğın artıq söndürülüb:

“Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə çağırış daxil olub. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları göndərilib.

Yanğın yataqxana binasında deyil, onun yanında yerləşən 70 kvadrat metr sahəsi olan köməkçi tikilidə qeydə alınıb. Orada yaşayan məcburi köçkünlər təxliyyə edilib.

Yanğın əməkdaşlarımız tərəfindən söndürülüb, yanğının yataqxana binasına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

Paylaş

 Xəbəriniz olsun