Bakıda yaşlı qadın dəm qazından boğulub öldü

  • SpaceTV
  • 6 Noyabr 2019 13:52

Bakıda mənzildən meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, S.Kərimova dəm qazından boğulub.

Paylaş

 Xəbəriniz olsun