Bakıda yaşayış evi yandı: Ölən var

  • Space TV
  • 4 Mart 2021 11:40

Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olub. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun